Starbucks-da müxtəliflik

Qeyri-adi qəhvədən başqa Starbucks insanlar arasında bağlantı, cəmiyyətin iştirakı və mədəni mühitin yaradılmasından biznes yaradıb.

Diversity At Starbucks

Biz müxtəlifliyin dəyərləndirildiyi və hörmət olunduğu mühiti qoruyub saxlamağa borcluyuq.  Əsas prinsip kimi müxtəlifliyin gördüyümüz bütün işlərin tərkib hissəsi olması təbiidir. 


Starbucks-da biz Müxtəlifliyi tənlik şəklində müəyyən edirik.
Müxtəliflik = Qoşulma + Bərabərlik + Çıxış imkanı

Qoşulma: insanlar arasında bağlantı & cəlbolunma
Bərabərlik: düzgünük & ədalət
Çıxış imkanı: istifadənin asanlığı & maneəsiz

Bizim şirkətimizin geniş müxtəliflik strategiyası diqqətini dörd əsas sahəyə yönəldir: partnyorlar, müştərilər, təchizatçılar və birliklər.

  • Partnyorlar (işçilərimiz)Biz xidmət etdiyimiz birliklər kimi müxtəlif olan tərəfdaşlar axtarır və onları işə cəlb edirik. Əsas diqqətimizi partnyorlarımızın maarifləndirilməsi və cəlbolunmasına yönəldirik.
  • Müştərilər – Biz Starbucks Təcrübəsini bütün müştərilərə genişləndirərək, onların unikal seçimləri və tələblərini öyrənir və onlara cavab veririk. Mədəni şəkildə müştərilərimizlə əlaqə yaradaraq qeyri-adi müştəri təcrübəsini təmin edirik.
  • Birliklər – Biz xidmət etdiyimiz birliklərlə əlaqələrimizi dərinləşdirən strateji tərəfdaşlıqlar və iqtisadi inkişaf imkanları vasitəsilə yerli qonşu əraziləri və qlobal birlikləri dəstəkləyir və onlara investisiya qoyuruq.
  • Təchizatçılar – Biz azlıqlar və qadınların başçılıq etdiyi təchizatçılar zəncirimizi genişləndirmək üçün işləyən təchizatçı müxtəlifliyi proqramımız vasitəsilə təchizatçılar üçün etibarlı və mehriban şirkətik.

Starbucks-ın əsas məqsədi müxtəlif mühitlərdən olan insanları dəyərləndirən və onlara hörmət edən, işçilərinə işləri yüksək səviyyədə görmək imkanı yaradan iş mühitini yaratmaqdan ibarətdir. Biz Starbucks şirkətinin uğurlarının davamlı olması üçün istedadlı insanların unikal birləşməsi, hər bir partnyorun təcrübə və perspektivlərini qiymətləndiririk.

Bununla da hər bir partnyorumuzdan brendimizi hər kəsin üzünə açıq etməsi üçün bütün müştərilərimizlə yaxın, dözümlü və insanpərvər şəkildə davranmasını gözləyirik.