MƏXFİLİK HAQQINDA BƏYANAT

Son redaktə edilmə tarixi: 28.03.2016

Starbucks adı və nüfuzu etimad əsasında yaranmışdır. Bu məxfilik siyasəti Starbucks-ın bizim veb-saytımızda (Starbucks.az) və Starbucks-ın sahib olduğu və ya idarə etdiyi və bu siyasətə keçid verən digər veb-saytlarda (birlikdə “Sayt”) mövcud olan xidmətlərin, bizim Starbucks Kart proqramları və bizim pərakəndə satış nöqtələrində satış sistemi mərkəzləri vasitəsilə topladığı məlumatları və bizim həmin məlumatlardan necə istifadə etdiyimizi təsvir edir. Bizim siyasət, həmçinin bizim sizə məxsus məlumatları necə toplamağımız və onlardan necə istifadə etməyimiz barədə sizin edə biləcəyiniz seçimləri də təsvir edir.

Bu Saytda və Sayt vasitəsilə xidmətlərdən istifadə zamanı sizdən fərdi məlumatlarınızı təqdim etməyiniz tələb edilə bilər. Buna görə də, fərdi məlumatlarınızı növbəti paraqrafa daxil etməklə siz, fərdi məlumatlarınızın bu siyasətdə təsvir edildiyi qaydada toplanılması və işlənilməsinə (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, transsərhəd ötürülməsi, məhv edilməsi) yazılı razılıq vermiş hesab olunursunuz.

“Mən [şəxsin adı həmin şəxsin özü tərəfindən daxil edilir] bu Saytda və ya Sayt vasitəsilə hər hansı əməliyyat zamanı mənim tərəfimdən təqdim edilən hər hansı fərdi məlumatın [məlumat bazasının mülkiyyətçisinə və ya operatoruna aid məlumatları daxil edin] tərəfindən [fərdi məlumatların toplanılmasının/işlənilməsinin məqsədini qeyd edin] məqsədi ilə toplanılmasına və işlənilməsinə razılıq verirəm. Bu razılıq [müddəti daxil edin] müddəti ərzində qüvvədə qalacaqdır, buna baxmayaraq, bu razılıq mənə məxsus olan fərdi məlumatlardan qanunu pozmaqla istifadə edildikdə mənim tərəfimdən geri çəkilə bilər. Bu müddət bitdikdən sonra mənim tərəfimdən təqdim edilən bütün fərdi məlumatlar qanunun tələblərinə əsasən arxivləşdiriləcəkdir.”

Biz vaxtaşırı olaraq bu məxfilik siyasətini yeniləyə bilərik. Biz belə edən zaman bu səhifədə yeni məxfilik siyasəti yerləşdirəcək və siyasətin başlığındakı tarixi dəyişdirəcəyik. Buna görə də, biz sizi hər dəfə bu Sayta daxil olduğunuz zaman hər hansı yenilik və ya dəyişiklik üçün bizim məxfilik siyasətinin tarixinə nəzər salmağa çağırırıq. Əgər siz bizə fərdi məlumat təqdim etmisinizsə, biz sizin fərdi məlumatlarınızdan istifadə etməyimiz və onların açıqlanması yollarını əsaslı təsvir edən məxfilik siyasətinin hər hansı redaktə edilmiş variantını sizə elektron poçt vasitəsilə göndərəcəyik. Bu cür məlumatları təqdim etməklə siz, məxfilik siyasətinə edilən yenilikləri elektron poçt vasitəsilə almağa razılıq vermiş olursunuz.

Əgər sizin bu məxfilik siyasəti haqqında burada öz cavabını tapmayan hər hansı sualınız və ya narahatlığınız varsa, zəhmət olmasa Starbucks Müştəri Əlaqələri ilə əlaqə saxlayın.

Zəhmət olmasa diqqət edin: Bu sayt özündə starbucksstore.com və Starbucks İnternational veb-saytları kimi digər veb-saytlara keçidləri ehtiva edir. Biz bu keçidləri sizə münasibətdə nəzakət əlaməti olaraq təqdim edirik və biz həmin veb-saytların idarə olunmasına nəzarət etmirik (hətta həmin saytlar Starbucks adından və ya loqosundan istifadə etsələr belə). Əlavə olaraq, siz bu veb-saytların bir neçəsində qeydiyyatdan keçə bilərsiniz. Bu veb-saytların hər birinin öz məxfilik və məlumat təhlükəsizliyi siyasəti vardır və oradakı şərt və müddəalar tam olaraq bizim məxfilik siyasətinə uyğun gəlmir. Sizin fərdi məlumatlarınızın həmin veb-saytlar tərəfindən toplanılması və istifadəsinə onların siyasətləri nəzarət edir. Ziyarətçilər digər veb-saytların məxfilik bildirişlərini nəzərdən keçirməlidirlər, belə ki, biz üçüncü şəxslərə təqdim edilən və ya üçüncü şəxslər tərəfindən toplanılan məlumatlar üzərində nəzarətə malik deyilik. Üstəlik, veb-sayta daxil olduğunuz zaman həmin veb-saytlar öz tanıtım bilgilərini (“cookies”) sizin kompüterinizdə yerləşdirə bilər və biz reklamı və ya keçidi bizim Saytda göstərilən üçüncü tərəflərin sizin kompüterinizdə yerləşdirdikləri tanıtım bilgilərinə (“cookies”) nəzarət etmirik.

Əgər siz Amerika Birləşmiş Ştatlarından kənarda yaşayırsınızsa, xahiş edirik nəzərə alasınız ki, bu Sayt bizim Amerika Birləşmiş Ştatlarındakı kompüter serverlərindən idarə olunur. Bu Sayt vasitəsilə toplanılan istənilən fərdi məlumat Amerika Birləşmiş Ştatlarına və digər dövlətlərə ötürülə bilər və həmin dövlətlərin qanunvericiliyi sizin öz dövlətinizdə fərdi məlumatların mühafizəsi üçün müəyyən edilmiş səviyyədə hüquqi mühafizəni təmin etməyə bilər. Yuxarıda göstərilmiş qaydada yazılı razılıq verməklə, siz, həmçinin sizə məxsus fərdi məlumatların sizin öz dövlətinizdən kənara ötürülməsinə razılıq vermiş hesab olunursunuz.

Məlumatların toplanması

Fərdi məlumatlarınızın Starbucks-a verilməsi ilə siz razılaşır və təsdiq edirsiniz ki, biz sizə məxsus fərdi məlumatları bu məxfilik siyasətində göstərilmiş qaydada toplaya, istifadə edə və bölüşə bilərik.

Bundan əlavə, zərurət olduğu təqdirdə, vaxtaşırı olaraq xüsusi razılıqlar və icazələr əldə edilə bilər. Misal üçün, Starbucks məlumatı öncədən müəyyən edilməmiş və ya əlaqəli şəxsin əvvəlcədən razılıq vermədiyi məqsəd üçün istifadə etmək niyyətində olduqda, biz fərdi məlumatlar toplandıqdan sonra da onların istifadəsi və bölüşdürülməsi üçün sizin razılığınızı istəyə bilərik.

Şəxs əvvəlcədən ağlabatan bildiriş verməklə razılıqdan istənilən vaxt imtina edə və ya onu geri çağıra bilər. Qeyd etmək lazımdır ki, bəzi hallarda müəyyən Starbucks məhsul və xidmətləri yalnız Starbucks-a fərdi məlumatlarını təqdim edən şəxslərə təqdim edilir. Əgər siz tələb edilən hər hansı fərdi məlumatı təqdim etməməyi üstün tutursunuzsa, biz tələb edilən məhsul və xidmətləri təklif etmək iqtidarında olmaya bilərik. Biz razılığın geri çağırılmasının nəticələri barədə sizə məlumat verəcəyik.

Starbucks hansı növ məlumatları toplayır?

Fərdi Məlumat dedikdə, şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür və özündə aşağıdakıları (onlarla məhdudlaşmamaq şərti ilə) ehtiva edir:

  • Ad, ünvan, telefon nömrəsi, elektron poçt ünvanı, doğum tarixi;
  • Maliyyə məlumatı, misal üçün kredit kartının nömrəsi;
  • Agentlər vasitəsilə (misal üçün, Coinstar) Starbucks Karta yüklənən ödəmə məlumatları; və
  • Tərcümeyi-hallarda, müraciət formalarında, keçmiş fəaliyyəti təsdiq edən sənədlərdə və ya məşğulluq referanslarında rast gəlinən məşğulluq barədə məlumat.

Siz bizim mağazalardan Starbucks Kart vasitəsilə və ya digər üsulla məhsul aldıqda, biz sizin satın almalar barədə məlumatı toplayırıq.

Qeyri-şəxsi Məlumatlar

Müəyyən yurisdiksiyalarda işgüzar əlaqə məlumatları (misal üçün, iş yeri ünvanı, telefon nömrəsi) fərdi məlumat hesab edilmir.

Biz özündə sizin internet xidmət provayderi, brauzer növü, domen adı, İP ünvanı, sizi bizim veb-sayta yönəldən veb-sayt, sizin sorğu etdiyiniz veb-sayt, bu sorğuların tarixi və saatı və giriş və çıxış nöqtələri haqqında məlumatları özündə əks etdirən veb-saytdan istifadə məlumatlarını toplayırıq. Veb-saytdan istifadə məlumatlarının toplanması burada daha ətraflı təsvir edilib. Bizim veb-sayt istifadə məlumatlarını toplamağımız tanıtım bilgiləri (“cookies”) və piksel etiketlərdən istifadəni də əhatə edə bilər.

Starbucks, həmçinin şəxsin kimliyini müəyyən etməyə imkan verməyən məcmu məlumatlar da toplaya bilər.

Starbucks Fərdi Məlumatlardan necə istifadə edir?

Starbucks istehlakçılar tərəfindən şifahi və ya yazılı qaydada təqdim edilmiş fərdi məlumatlardan (elektron media vasitəsilə təqdim edilmiş fərdi məlumatlar da daxil olmaqla) aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

  • Starbucks Kart proqramları vasitəsilə satın almalar da daxil olmaqla, sizin Starbucks məhsul və xidmətlərini alışınızı işləmək və idarə etmək;
  • Sizin müştəri xidməti sorğularınızı cavablandırmaq, sizin şərh və ya bəyanatlarınızı Sayt tərəfindən dəstəklənən hər hansı bloq və ya onlayn forumlara göndərmək və ya sizin sorğulara cavab olaraq digər hərəkətlər etmək və ya onlayn qaydada həyata keçirilən hər hansı fəaliyyət;
  • Sizin fərdi məlumatlarınızı sizin satın almaların məbləği və növü və ya Starbucks Kart proqramları vasitəsilə əldə etdiyiniz hər hansı güzəştlər kimi fərdi olmayan məlumatlarınız ilə bir araya gətirməklə fərdiləşdirilmiş təşviqatlar yaratmaq;
  • Sifariş etdiyiniz və ya satın aldığınız məhsul, Starbucks Kart proqramı hesabınız, Starbucks.com hesabınız, iştirak etdiyiniz müsabiqə və ya yarışlar, bloq və ya hər hansı onlayn foruma göndərilənlər haqqında daha artıq məlumat tələbi ilə sizinlə əlaqə saxlamaq;
  • Şəxsi səhifə yaratdığınız və ya tərcümeyi-halınızı onlayn qaydada təqdim etdiyiniz təqdirdə, müəyyən işlər, iş imkanları və ya Starbucks-da məşğulluğa dair ümumi məlumatlar haqqında sizinlə əlaqə saxlamaq; və
  • Sizin Starbucks.com əsas səhifəsində elektron poçt ünvanınızı qeyd etdiyiniz və ya Starbucks.com hesabı açarkən və ya Starbucks Kartını qeydiyyatdan keçirərkən və ya hər hansı Starbucks Kart proqramına qoşularkən sizinlə əlaqə saxlanılmasına razılıq verdiyiniz təqdirdə, birgə marka təklifləri də daxil olmaqla, markalarımız, məhsullarımız, tədbirlərimiz barədə və ya digər təşviqat məqsədləri ilə sizinlə əlaqə saxlamaq. Siz istənilən vaxt ünsiyyət seçimi tənzimləmələrini dəyişməklə, marketinq məqsədi ilə sizə göndərilən hər hansı link üzərindən abonentlikdən imtina emtəklə və ya 1-800-STARBUC-a zəng etməklə marketinq məlumatlarını almaqdan imtina edə bilərsiniz.

Mənə məxsus Fərdi Fəlumatlar üçüncü tərəflərə açıqlanırmı?

Biz digər şirkətlərin də marketinq və təşviqat xarakerli məlumatlarının sizə göndərilməsini təşkil edə bilərik. Bunun üçün siz ünsiyyət seçimi bölməsində bu cür məlumatları almaqda maraqlı olduğunuzu qeyd etməlisiniz.

Biz, məlumatları həmçinin, məhsul və xidmətlərimizi bazara çıxarmağımız (elektron poçt təminatçıları kimi) məqsədi ilə bizə dəstək xidmətləri göstərən şirkətlərə (kredit kartı prosessorları, poçt mərkəzləri və ya veb-təminatçılar kimi) və ya bizim strateji tərəfdaşlara açıqlaya bilərik. Bu şirkətlər öz funksiyalarını icra etmələri üçün sizin məlumatları tələb edə bilərlər. Bu şirkətlər bizim onlara açıqladığımız məlumatları başqa məqsədlərlə istifadə edə bilməzlər.

Biz bəzi məlumatları dövlət orqanı tərəfindən tələb olunduqda, məhkəmə qərarına cavab olaraq, qanunla tələb edildiyi təqdirdə, bizim korporativ siyasətimizi icra etmək və ya bizim və ya digər şəxslərin hüquqlarını, mülkiyyətini və ya təhlükəsizliyini qorumaq məqsədi ilə açıqlaya bilərik. Biz bu qurumlara və şirkətlərə marketinq və ya kommersiya məqsədi ilə məlumat təqdim etmirik.

Bundan əlavə, əgər siz bizim Saytda hər hansı bloq və ya onlayn forumda iştirak etsəniz, sizin veb-sayta göndərdiyiniz hər hansı fərdi məlumat forumun digər iştirakçıları ilə paylaşıla bilər. Bu cür hallarda, fərdi məlumatın alıcısı Amerika Birləşmiş Ştatları və ya fərdi məlumatın mühafizəsi üçün sizin ölkənizdə müəyyən edilmiş səviyyədə hüquqi mühafizəni təmin edən digər yurisdiksiyada yerləşə bilər. Yuxarıda qeyd edilən yazılı razılığı verməklə, siz, həmçinin sizə aid fərdi məlumatların sizin ölkənizdən kənara ötürülməsinə razılıq vermiş hesab olunursunuz.

Biznesimizin bir hissəsinin və ya tam satılması halında, Starbucks fərdi məlumatları aktivlərin və ya biznesin tam və ya bir hissəsinin transferinə cəlb olunmuş şəxslərə açıqlaya bilər. Əgər belə hadisə baş verərsə, Starbucks alıcıların sizin fərdi məlumatlarla bu siyasətdə müəyyən edildiyi qaydada rəftar etmələri üçün səy göstərəcəkdir.

Alacağım təşviqat xarakterli məlumatları necə dəyişə bilərəm?

Biz özümüzün və sizin əvvəlcədən razılığınız olarsa, üçüncü tərəflərin təşviqat materiallarını sizə göndərmək üçün sizin Sayt və ya hər hansı Starbucks Kart proqramı vasitəsilə təqdim etdiyiniz elektron poçt ünvanınız və ya digər əlaqə məlumatlarınızdan istifadə edə bilərik. Əgər siz bu cür təşviqat materialları almaq istəmirsinizsə, istənilən vaxt ünsiyyət seçiminizi dəyişə bilər və öz elektron poçtunuzu bizim elektron poçt siyahısından çıxara bilərsiniz. Əgər sizin Starbucks.com hesabınız varsa, zəhmət olmasa həmin hesaba daxil olun və ünsiyyət seçimi səhifəsinə gedin və ya 1-800-STARBUC-a zəng edin. Əgər siz Starbucks Kartını telefon vasitəsilə qeydiyyatdan keçirmisinizsə və ya telefon vasitəsilə Starbucks Kart proqramının iştirakçı olmusunuzsa və ya öz elekton poçt ünvanınızı bizim əsas səhifədə qeyd etmisinizsə, siz 1-800-STARBUC-a zəng edə bilərsiniz və biz seçimlərinizi telefon vasitəsilə dəyişəcəyik.

Xahiş edirik nəzərə alasınız ki, təşviqat xarakterli məlumat almaq seçimindən imtina etsəniz belə, biz sizin məlumatlardan sifariş, satın alma, sizin Starbucks Kart proqramı hesabı, müştəri xidmətləri cavabları və işədüzəlmə müraciətləri ilə bağlı sizinlə əlaqə saxlamaq üçün istifadə edə bilərik.

Fərdi Məlumatları necə silmək və ya dəyişdirmək olar?

Starbucks təqdim edilən və onun mülkiyyətində olan istənilən fərdi məlumatın həmin məlumatın hər hansı məqsədlə gərəkli şəkildə istifadə edilməsi üçün dəqiq, aktual və tam olmasına səy göstərir.

Əgər siz Starbucks Kart proqramına qoşulmaqla və satın alma ilə Starbucks.com hesabı açmısınızsa, biz sizə hesabınıza daxil olmaq və hər zaman doğru olmasını təmin etmək üçün adınız, poçt ünvanınız və telefon nömrəniz kimi fərdi məlumatlarınıza düzəliş etmək imkanı yaradır.

Əgər siz Starbucks-da hər hansı vəzifə üçün müraciət etmisinizsə, bu məqsədlə açdığınız şəxsi hesabınıza daxil ola və orada müvafiq dəyişikliklər və yeniliklər edə bilərsiniz.

Starbucks hər hansı şəxslə bağlı saxladığı məlumatların həmin şəxs tərəfindən əldə edilməsinə və nəzərdən keçirilməsinə icazə verir. Starbucks tələb edilən məlumat aşağıdakı xüsusiyyətlərə malik olduqda, Fərdi Məlumatın əldə edilməsinə imtina hüququnu özündə saxlayır:

  • Başqa şəxsin və ya ölmüş şəxsin Fərdi Məlumatını açıqlayırsa;
  • Starbucks və ya üçüncü tərəfin rəqabət mövqeyinə zərər vura biləcək kommersiya sirrini açıqlayırsa;
  • Vəkil-müştəri və ya məhkəmə mübahisəsi imtiyazına malikdirsə;
  • Əlaqəli şəxsin müalicəsinə və ya sağlamlığının bərpasına ciddi zərər vuma, əlaqəli şəxsə və ya digər şəxsə ciddi mənəvi zərər vurma və ya hər hansı şəxsə fiziki zərər vurma ehtimalı olarsa;
  • Hüquq-mühafizə fəaliyyətinə və bu cür fəaliyyəti həyata keçirməyə səlahiyyətli olan orqanın digər istintaq və tənzimləyici funksiyalarına zərər vurma və ya müdaxilə etmə ehtimalı varsa;
  • Asanlıqla bərpa edilə bilən deyilsə və məlumatın təqdim edilməsinin yükü və xərci məlumatın xarakterinə və ya dəyərinə münasibətdə qeyri-mütənasibdirsə; və ya
  • Mövcud deyilsə, Starbucks tərəfindən saxlanılmırsa və ya tapılması mümkün deyilsə.

Məlumat açıqlanmayacaqsa və ya məlumatın açıqlanması mümkün deyildirsə, sorğu göndərmiş şəxsə məlumatın açıqlanmamasının həmin şəxsin ölkəsinin qanunvericiliyi ilə müəyyən edilmiş səbəbləri haqqında sorğunun edildiyi tarixdən 5 (beş) iş günü ərzində məlumat verilir.

Starbucks veb-saytdan istifadə məlumatlarını hansı məqsədlə toplayır?

Siz Starbucks.com-a daxil olduğunuz zaman biz aşağıda göstərilmiş bir neçə məqsədlə veb-saytdan istifadə məlumatlarınızı toplayacağıq:

  • Sizin girişinizi və alış-verişinizi daha rahat və səmərəli etmək;
  • Sayt fəaliyyətinin istiqamətlərini formalaşdırmaq;
  • Sayt performansına nəzarət etmək; və
  • Saytın dizayn və funksionallığını təkmilləşdirmək.

Bizim veb-sayt istifadə məlumatlarını toplamağımız tanıtım bilgilərindən (“cookies”) istifadəni ehtiva etməkdədir. Tanıtım bilgisi (“cookies”) kompüterinizdə brauzer tərəfindən saxlanılan köçürülə bilən kiçik məlumat faylıdır. Tanıtım bilgisi (“cookies”) sizə bizim veb-sayt üzərindən sifariş vermək və bizə sizin virtual gəzinti və alış-veriş təcrübənizi artırmaq və fərdiləşdirmək imkanı verir. Biz tanıtım bilgilərindən (“cookies”) sizin səbətinizdəki əşyaları xatırlamaq, bizim veb-sayta qayıtdığınız zaman sizi tanımaq və ziyarətçi davranışlarını təhlil etmək üçün istifadə edirik.

Hər dəfə tanıtım bilgisi (“cookies”) göndərilən zaman kompüterinizin sizi xəbərdar etməsini və ya bütün tanıtım bilgilərinin (“cookies”) bağlanılmasını seçə bilərsiniz. Siz bunu brauzerinizin tənzimləmələri vasitəsilə edirsiniz. Hər brauzer bir qədər fərqli olduğundan tanıtım bilgisi (“cookies”) tənzimləməsini dəyişdirməyin düzgün yolunu öyrənmək üçün brauzerinizin Kömək (Help) menyusuna nəzər salın. Əgər siz bütün tanıtım bilgilərini (“cookies”) bağlasanız, sizin sayt təcrübənizi daha səmərəli edən bir çox funksiyalara girişiniz olmayacaq və bizim bəzi xidmətlər lazımi şəkildə fəaliyyət göstərə bilməyəcək.

Biz, həmçinin sizin virtual davranışlarınızı təhlil etmək üçün piksel etiket – kiçik qrafik şəkillərdən istifadə edirik, lakin biz həmin davranışı hər hansı fərdi məlumat ilə əlaqələndirmirik.

Mənə məxsus Fərdi Məlumatlar necə qorunur?

Starbucks fərdi məlumatların itkisinin, sui-istifadə edilməsinin, icazəsiz əldə edilməsinin, açıqlanmasının və ya dəyişdirilməsinin qarşısını almaq üçün iş yerlərinə və informasiya sistemlərinə münasibətdə müvafiq fiziki, texniki və administrativ təhlükəsizliyi təmin etmək üçün çalışır.

İnternet üzərindən bizim serverə göndərdiyiniz məlumatların təhlükəsizliyini təmin etmək üçün biz Secure Socket Layer (SSL) texnologiyasından istifadə edərək kredit kart nömrəsi kimi fərdi məlumatlar göndərilərən şəbəkəni şifrələyirik. Kredit kartı təhlükəsizliyi ilə bağlı daha ətraflı məlumat üçün Tez-tez Soruşulan Suallar bölməsinə nəzər sala bilərsiniz. Biz sizin fərdi məlumatları alan kimi onları qorumaq üçün çalışırıq. Lakin nəzərə almalısınız ki, İnternet və ya hər hansı ictimai şəbəkə üzərindən məlumatların ötürülməsinin 100% təhlükəsizliyinə təminat verilə bilməz.

Uşaqlardan alınan məlumatlar

Starbucks.com ümumi ziyarətçi saytıdır və yaşı 13-dən aşağı olan uşaqlardan fərdi məlumat toplamaq üçün yaradılmamışdır və ya bu məqsədə xidmət etmir. Starbucks yaşı 13-dən aşağı olan hər hansı bir şəxsdən bilərəkdən fərdi məlumat toplamır və yaşı 13-dən aşağı olan hər hansı bir şəxsdən fərdi məlumat daxil olduğunu aşkar etdiyi təqdirdə, bu cür məlumatdan istifadə etmir. Uşaqların gizliliyinə hörmət etmək məqsədi ilə və Uşaqların İnternetdə Gizliliyinin Müdafiəsi Aktına əməl etmək üçün yaşı 13-dən aşağı olan uşaqlar bu Sayta hər hansı fərdi məlumat təqdim etməməlidirlər. Biz valideynlərə uşaqların internetdə olduqları zaman onlara nəzarət etmələrini tövsiyyə edirik.

Şərtlər və Müddəalar

Zəhmət olmasa, Saytdan və Starbucks Kartlarından istifadənin digər şərtlərini izah edən Şərtlər və Müddəalar bölməsini ziyarət edin. Mystarbucksidea.com saytı haqqında məlumat üçün Mənim Starbucks İdeyam-ın (My Starbucks İdea) Şərt və Müddəaları ilə tanış olun.

Suallar və Fikirləriniz

Biz sizin məxfilik haqqındakı suallarınızı, şərhlərinizi və narahatlıqlarınızı məmnuniyyətlə qarşılayırıq. Xahiş edirik, məxfilik və hər hansı digər məsələ ilə bağlı istənilən və bütün fikirlərinizi bizə göndərəsiniz. Starbukcs bütün şikayətləri araşdırır və əgər şikayət əsaslı olarsa, həmin məsələni həll etmək üçün biz bütün lazımi tədbirləri görür.

Starbukcs Müştəri Əlaqələri ilə onlayn, (800) 235-2883 nömrəsi vasitəsilə və ya WA 98124-3717, Sietl, PO Box 3717, Starbucks Müştəri Əlaqələrinə yazmaqla əlaqə saxlanıla bilər.