İSTİFADƏ ŞƏRTLƏRİ

XAHİŞ EDİRİK BU SAYTDAN İSTİFADƏ ŞƏRTLƏRİNİ DİQQƏTLƏ NƏZƏRDƏN KEÇİRƏSİNİZ. Sizin saytdan istifadə etməyiniz həmin şərtləri qəbul etdiyiniz mənasına gəlir. Əgər bu şərtlərin sizə tətbiq edilməsinə razı deyilsinizsə, saytdan istifadə etməyin. Biz vaxtaşırı olaraq şərtləri dəyişə bilərik. Sizin saytdan davamlı istifadə etməyiniz şərtlərə edilən hər hansı dəyişikliyi qəbul etdiyiniz mənasına gəldiyindən, həmin şərtləri vaxtaşırı olaraq nəzərdən keçirməyinizi tövsiyyə edirik.

Hər hansı sualınız və ya şərhiniz olarsa və ya sizə aydın olmayan hər hansı şərtin olduğu təqdirdə, suallarınızı bizə Mustafa.ersoy@alshaya.com elekton poçt ünvanından göndərə bilərsiniz.

BU SAYTDA STRABUCKS COFFEE COMPANY UK LİMİTED (“STARBUCKS”) ŞİRKƏTİ İLƏ BAĞLI DƏQİQ VƏ VAXTINDA MƏLUMAT TƏQDİM ETMƏK ÜÇÜN SƏY GÖSTƏRMƏYİMİZƏ BAXMAYARAQ, SİZ TƏQDİM EDİLƏN MƏLUMATIN HƏR ZAMAN YENİ OLMASINI VƏ YA BU SAYTIN STABUCKS HAQQINDA MÖVCUD OLAN BÜTÜN LAZIMİ MƏLUMATLARI ƏKS ETDİRDİYİNİ FƏRZ ETMƏMƏLİSİNİZ. XÜSUSİLƏ DƏ, ƏGƏR SİZ STARBUCKS HAQQINDA İNVESTİSİYA YÖNÜMLÜ QƏRAR VERİRSİNİZSƏ, XAHİŞ EDİRİK MÜXTƏLİF MƏNBƏLƏRƏ MÜRACİƏT EDƏSİNİZ.

MÜƏLLİFLİK HÜQUQU VƏ ƏMTƏƏ NİŞANI. Əksi bəyan edilmədikcə, bu saytdakı bütün materiallar müəlliflik hüququ, ticarət qablaşdırması, əmtəə nişanı və/və ya Starbucks və/və ya onun törəmə və ortaq şirkətləri və ya öz məhsullarına dair lisenziyalarını Starbucks-a vermiş tərəflərin malik olduğu digər əqli mülkiyyət hüquqları kimi qorunur.

Burada açıq-aydın şəkildə verilməmiş bütün hüquqlar Starbucks-da saxlanılır.

ŞƏXSİ İSTİFADƏ. Bu saytdakı materiallardan istifadə yalnız informasiya məqsədi daşıyır. Siz razılaşırsınız ki, bu saytın məzmununu heç bir şəkildə yaymayacaq, dərc etməyəcək, başqalarına ötürməyəcək, göstərməyəcək və ya saytın məzmunundan törəmə əsərlər yaratmayacaq və ya saytın məzmununu istismar etməyəcəksiniz. Siz bu saytdakı materialların və ya onların bir hissəsinin surətini üçüncü şəxslərə yaya, paylaya və ya göstərə bilməzsiniz. Siz bu sayta keçid verə və ya bu saytın hər hansı bir hissəsinin oxşarını yarada bilməzsiniz. Öncədən alınmış yazılı razılıq olmadan, başqa məqsədlə istifadəyə, çoxaltmaya və ya paylanmaya yol verilmir. Bu hüquqların hər hansı şəkildə pozulması müvafiq hüquqi nəticələr doğuracaqdır. Siz razılaşırsınız ki, saytdakı hər hansı materialdan edə biləcəyiniz istənilən və bütün icazəsiz istifadələr nəticəsində Starbucks tərəfindən çəkilmiş və ya çəkiləcək bütün xərc və məsrəfləri ödəyəcəksiniz. Siz təsdiq edirsiniz ki, saytın məzmunundan icazəsiz istifadə Starbucks-a bərpası mümkün olmayan zərər vura bilər və icazəsiz istifadə hallarında Starbucks qanunda və ya ədalət çərçivəsində mövcud olan digər hüquqi müdafiə vasitələrindən əlavə, iddianı təmin etmə tədbirlərindən istifadə hüququna malik olacaqdır.

ƏKS ƏLAQƏ VƏ TƏQDİMATLAR. Siz razılaşırsınız ki, təqdimatlarınızın məzmununa görə tək cavabdeh sizsiniz və tək cavabdeh olaraq qalacaqsınız və sayta qanunazidd, böhtan xarakterli, təhqiramiz və ya nalayiq materiallar təqdim etməyəcəksiniz. Siz, həmçinin razılaşırsınız ki, sayta istənilən üçüncü şəxsin müəlliflik hüququ, əmtəə nişanı, məxfilik və dig�r şəxsi və ya mülkiyyət hüquqları da daxil olmaqla, hüquqlarını pozacaq hər hansı bir şey təqdim etməyəcəksiniz.

Biz sizin Starbucks-a olan marağınızı qiymətləndiririk, bununla belə, biz sizin inkişaf etdirə biləcəyiniz dizayn, məhsul texnologiyası və ya digər təkliflər ilə bağlı hər hansı bir şəxsə məxsus hesab etdiyiniz ideyalarınızı qəbul etmək niyyətində deyilik və qəbul edə bilmərik. Nəticə etibarilə, sizin sayta təqdim etdiyiniz hər hansı material, bu materiallardan hər hansı bir vasitə və hazırda mövcud olan və ya gələcəkdə mövcud olacaq hər hansı paylama, ötürmə, göstərmə yolu ilə istifadəyə, onları çoxaltmağa, dəyişdirməyə, ötürməyə, uyğunlaşdırmağa, dərc etməyə, tərcümə etməyə, onlardan törəmə əsərlər yaratmağa və onları paylamağa royaltidən azad olan qeyri-müstəsna hüquq və lisenziyanın təminatı hesab olunur. Əlavə olaraq, siz “mənəvi hüquqlar” (şəxsi hüquqlar) adlanan bütün hüquqlarınızdan imtina etdiyinizə dair zəmanət verirsiniz.

KEÇİDLƏR. Saytdakı bəzi keçidlər sizə bizim nəzarətimizdə olmayan saytlara daxil olmağa imkan verəcək. Starbucks bu keçidləri yalnız istifadəçilərin rahatlığı üçün təmin edir. Hər hansı bir linkin görünməsi Starbucks-ın icazəsi və ya Starbucks-ın keçid verilən saytın məzmununa görə cavabdeh olması anlamına gəlmir. Həmin saytlara daxil olmaqla bağlı risklər sizin üzərinizə düşür.

MƏXFİLİK VƏ TƏHLÜKƏSİZLİK. Starbucks-ı internet vasitəsilə ziyarət edənlərin məlumatlarının toplanması, istifadəsi və saxlanması ilə bağlı Starbucks-ın təcrübə və siyasəti ilə tanış olmaq üçün bizim Məxfilik Siyasətini oxuyun.

MƏSULİYYƏTDƏN AZADOLMA. Starbucks veb-saytların məzmunundakı hər hansı xətaya və ya gecikmələrə və ya bununla bağlı həyata keçirilən hər hansı fəaliyyət üçün sizin və ya üçüncü şəxslərin qarşısında məsuliyyət daşımır. Starbucks tətbiq edilən hüquq çərçivəsində icazə verilən həddə, bu veb-saytların məzmunundan və ya sizin bu veb-keçidlər vasitəsilə internetdə hər hansı materialdan istifadə etməyiniz nəticəsində baş verən birbaşa, dolayı və ya əlaqəli zərərlərə görə məsuliyyət daşımır. Starbucks nə qəsdən yalan məlumat təqdim etməyə, nə də onların birbaşa səhlənkarlığı üzündən ölüm və ya şəxsi zədə hallarına görə məsuliyyətini məhdudlaşdırmaq niyyətində deyil. Starbucks bu saytın inkişafı üçün lazımi bacarıq və qayğı göstərir, lakin onun dəqiqliyinə, mövcudluğuna və ya etibarlılığına, və ya bu saytın funksiyalarının fasiləsiz və ya xətadan azad olacağına, bu saytın və ya onun serverinin viruslardan və ya zərərverici komponentlərdən azad olacağına və ya Starbucks-ın xəbər tutduğu təqdirdə çatışmazlıqların aradan qaldırılacağına dair təminat vermir.

YETKİNLİK YAŞINA ÇATMAYANLAR. Starbucks valideynlərdən internetdə olan zaman uşaqlarına nəzarət etmələrini xahiş edir.

TƏTBİQ EDİLƏN HÜQUQ. Bu şərt və müddəalara İngilis hüququ tətbiq edilir və bu şərt və müddəalar İngilis hüququna əsasən təfsir ediləcəkdir. Bu şərt və müddəalardan irəli gələn hər hansı mübahisəyə İngiltərə məhkəmələrində baxılacaqdır.