Öhdəliklər

Biz həmişə inanmışıq ki, mükəmməl və davamlı bir şirkətin yaradılması üçün insanların tələblərini nəzərə alaraq fəaliyyət göstərmək tələb olunur. Öz missiyamıza, dəyərlərimizə və rəhbər prinsiplərimizə sadiq qalmaqla, dünya səviyyəsində şirkət qurmağın mümkün olacağına inanırıq.

Ətraf mühit: Davamlı yeni həllərin təklif edilməsi

Kənd təsərrüfatı məhsullarından geniş istifadə edən bir şirkət olaraq, biz çoxdan bilirik ki, planetimiz bizim ən əhəmiyyətli biznes tərəfdaşımızdır.

Ətraf mühitə təsirin azaldılması təkcə az enerji və su istifadə etməklə bitmir. Burada həmçinin daha səmərəli anbarlar və müəssisələrin yaradılması, tullantıların azaldılması və dövriyyəsi sahəsində yeni həllərin tapılması, yenilənən enerjiyə investisiya qoyulması və fermerlər, eləcə də digər sahibkarlıq müəssisələri və təşkilatlarla əməkdaşlıq edərək, iqlim dəyişməsinin qarşısını almaq da nəzərdə tutulur. Birlikdə işləyərək, fəaliyyət göstərdiyimiz bütün cəmiyyətlərə göstərilən ekoloji təsiri daha yaxşı başa düşə və azalda bilərik.

Etik qaydalara uyğun təchizat: Fermerlərlə birlikdə gələcəyin qurulması

Starbucks Ethical Sourcing

Bizim uğurlu olmağımız məhsullarımızı yetişdirən fermerlər və təchizatçıların uğurundan asılıdır.

İstər kofe, çay, kakao, istərsə də istehsal olunmuş məhsullar olsun, biz etik qaydalara əməl olunaraq hazırlanmış yüksək keyfiyyətli məhsullar təklif etməyi özümüzə borc bilirik. Biz etik qaydalar, o cümlədən iqtisadi, sosial və ekoloji standartlara əməl olunmaqla məhsulların hazırlanması; fermer dəstəyi və açıq-mənbə aqronomiyası; sənaye əməkdaşlığı və cəmiyyətin inkişafı proqramlarını ümumilikdə əsas götürürük. Bu, öz təchizat zəncirimiz, çalışdığımız fermerlər və təchizatçıların rifahı, eləcə də, onların yaşadığı cəmiyyətə bizim investisiyamızdır.

Cəmiyyət: Fürsətlər yaratmaq

Volunteers help with landscaping

Mağazalarımızın yerləşdiyi ərazidən kofenin yetişdirildiyi sahələrədək, bütün dünyada insanlar üçün fürsətlər yaratmağı və bu istiqamətdə investisiya qoyulmasını özümüzə borc bilirik.

Biz öz işimizi elə balanslaşdırmağa çalışırıq ki, gənclərə fürsətlər yaradaq və bütün dünyada müxtəlif təşkilatlarla əməkdaşlıq edərək, sürətlə dəyişən qlobal iqtisadi mühitdə gənclərin uğurlu olmaq üçün ehtiyac duyduqları bilik və təcrübəni əldə etmələrinə imkan yaradaq. Biz həmçinin, mümkün olan yerlərdə insanları bir araya gətirmək və müsbət dəyişikliklər etmək istiqamətində iş aparan yerli təşəbbüslərə də dəstək veririk.

Qlobal Öhdəlik Hesabatı

Starbucks Ethical Sourcing

Davamlılıq və korporativ sosial məsuliyyət sahəsində məqsədlərimiz və fəaliyyətimiz barədə ətraflı öyrənin. Qlobal Öhdəlik Hesabatının İngilis dilindəki illik buraxılışını burada oxuyun.