STARBUCKS E-GIFT KARTININ İSTİFADƏ ŞƏRTLƏRİ

  • E-gift card nömrəsi və təhlükəsizlik kodu mobil tətbiqdə göstərilən e-poçt ünvanına göndəriləcək.

  • E-Gift kartı balansı kassada e-poçt vasitəsilə göndərilən Hədiyyə kartı nömrəsi və təhlükəsizlik kodunu təqdim etməklə Starbucks® mağazalarında istifadə edilə bilər.

  • Balans ödəmə zamanı hissə-hissə istifadə oluna bilər.

  • Balans tükəndikdən sonra kart yenidən doldurula bilməz.

  • Balans Starbucks® Mobil Tətbiqinə köçürüldükdə, alışlarınıza görə ulduz qazanmağa davam edəcəksiniz.

  • E-Gift kartındakı balans tək bir əməliyyatla Starbucks® Rewards hesabınıza köçürülür; qismən köçürmələrə icazə verilmir.

  • E-Gift kartı fiziki formada təqdim edilə bilməz və balans geri qaytarıla bilməz.

  • Yenidən satıla bilməz.

  • Ömrü bitmə tarixi yoxdur.

  • Yalnız Starbucks Azerbaijan mağazalarında etibarlıdır; xaricdə keçərli deyil.

  • Starbucks® itirilmiş və ya oğurlanmış kartlara, eləcə də icazəsiz istifadəyə görə məsuliyyət daşımır.

  • Starbucks® istifadə şərtlərini dəyişdirmək hüququnu özündə saxlayır.