Ətraf mühit

Biz qonaqlarımızın ətraf mühitə olan bağlılığını bölüşürük.Biz biznesimizin hər tərəfində ekoloji cəhətdən təmiz təcrübələr tətbiq etməyə və ətraf mühitdə buraxdığımız izləri azaltmaq üçün innovativ metodlar hazırlamağa çalışırıq.

Ətraf mühitə yararlı mağazalar
Biz karbon emissiyalarını azaldan ekoloji cəhətdən təmiz materiallar və sistemlərdən istifadə edərək ətraf mühitə yararlı mağazalar yaratmaq üçün çalışırıq.

Mağazalarımızda ekoloji cəhətdən təmiz tikinti materialları və mebellərdən istifadə edir, enerji və suya qənaət edən təcrübələr həyata keçiririk.

Səylərimizi istiqamətləndirmək üçün biz ABŞ Yaşıl Tikinti Şurasının LEED® sertifikatlaşdırma proqramından uğurumuz üçün etalon kimi istifadə edirik. (LEED® ingilis dilində Enerji və Ətraf Mühit Dizaynı Liderliyi deməkdir.)

Biz nə edirik
Mağazalarımızı ekoloji cəhətdən təmiz etmək üçün karbon emissiyalarını azaldan ekoloji cəhətdən təmiz materiallar və sistemlərdən istifadə edirik.
* Mağazalarımızda bir çox sahədə təkrar emal olunmuş materiallardan istifadə edilir və mağazada mövcud olan materiallar tikinti tullantılarını azaltmaq üçün bütün mümkün nöqtələrdə qorunur.
* Yenilənmiş su çəni sistemi ilə mağazalarımızda əhəmiyyətli dərəcədə suya qənaət edilir. Enerjiyə qənaət edən lampalar enerji tələbatını və karbon emissiyalarını azaltmaq üçün istifadə olunur.
* Mağazalarımızda istifadə olunan boya və izolyasiya materiallarının tərkibində az miqdarda uçucu üzvi birləşmələrin olmasına və zəhərli olmamasına diqqət yetirilir.

İqlim Dəyişikliyi ilə Mübarizə
İqlim dəyişikliyi bu gün dünyamız üçün ən böyük təhlükədir. Dünya xəritəsinə baxdıqda kofe istehsal edən bölgələrlə tropik meşələrin eyni olduğunu görə bilərik.

Bu səbəbdən iqlim dəyişikliyi istiqamətində addımların atılması Starbucks üçün mühüm prioritetdir. Kofe yetişdirən bölgələrdəki meşələri iqlim dəyişikliyinə qarşı qorumaq və kofe fermerlərinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çoxlu araşdırmalar həyata keçiririk.

Məqsədimiz
Biz fermerlərə təbii ehtiyatları qoruyan davamlı kənd təsərrüfatı təcrübələrini həyata keçirməyə və yetişdirdikləri yüksək keyfiyyətli kofelərdən layiq olduqları yüksək gəliri əldə etməyə dəstək olacaq proqramlar həyata keçiririk.

Biz nə edirik
Enerji və suya qənaət etməklə, stəkanlarımızla bağlı tullantıları azaltmaqla, təkrar emalı artırmaqla və ətraf mühitə yararlı dizaynı dəstəkləyən mağazaların sayını artırmaqla ekoloji izimizi əhəmiyyətli dərəcədə azaltmaq üçün çalışırıq. Starbucks 2004-cü ildən bəri bərpa olunan enerji və enerjiyə qənaətə diqqət yetirərək iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizə aparmağa çalışır. Biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik”.