Starbucks niyə Workers United-i məhkəməyə verdi?
Starbucks, partnyorlarının və mağaza əməliyyatlarının təhlükəsizliyini təmin etmək, Workers United-ın brendin adı və loqosundan istifadə etməsinin qarşısını almaq üçün məhkəməyə müraciət edib.
Birliyin oktyabrın əvvəlində Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı bəyanatları şirkətimizin loqosu və adından istifadə edilməklə sosial şəbəkələrdə dərc olunub. Bu bəyanatlar daha sonra yanlış olaraq Workers United və onun törəmə şirkətləri/nümayəndələri deyil, Starbucks-a aid edildi.
Bu bəyanatların Starbucks ilə əlaqələndirilməsi çaşqınlıq yaratdı və bu, partnyorlarımıza qarşı təhdidlərə, mağazalarımıza ziyan vurmağa və boykot çağırışlarına səbəb oldu.
Starbucks hər kəsin Yaxın Şərqdəki münaqişələr və digər siyasi və sosial məsələlərlə bağlı fikirlərini ifadə etmək hüququna hörmət edir. Bununla belə, bu cür fikirləri ifadə edərkən brend adı və loqolardan icazəsiz istifadə edilməsini qəti şəkildə rədd edir.