Starbucks'tan Xeberler
Starbucks-dan Açıqlamalar
Sosial media və xəbər kanallarında yayılan yanlış xəbər və məlumatlara cavab olaraq Starbucks-ın inandığı və müdafiə etdiyi dəyərlər haqqında reallıqları media ilə bölüşmək istəyirik.
Starbucks üçün orijinallıq və şəffaflıq prinsipləri missiyamızı, vədlərimizi yerinə yetirmək və dəyərlərimizə sadiq qalmaq deməkdir. Bu səbəbdən dünya dəyişdikcə, Starbucks haqqında qeyri-dəqiq xəbərlər və dezinformasiyalar sürətlə yayılır; Xəbərlərin əleyhinə açıqlama verməyi zəruri hesab edirik. Starbucks-da rəhbər pozisiyasında çalışan şəxslərin müxtəlif vaxtlarda verdiyi açıqlamalardan dəqiq məlumat əldə etmək mümkündür. Müvafiq sahələrdə danışdıqları mövzularla bağlı istinad bağlantılarını görə bilərsiniz.
Mətbuatda və sosial mediada Starbucks haqqında qeyri-dəqiq xəbərlərin və aldadıcı məlumatların davamlı paylaşılması səbəbindən Starbucks-a ən çox verilən suallardan bəzilərini tərtib etdik. Bu sualların cavablarını sizinlə bölüşmək istərdik.