Şirkətimiz

Starbucks Korporasiyasından Açıqlama:
Starbucks Yaxın ŞərqdəKöklərimiz ABŞ-dan olsa da, Biz 11 Yaxın Şərq və Şimali Afrika ölkəsində 1900-dən çox mağaza daxil olmaqla 86 bazarda fəaliyyət göstərən qlobal şirkətik. Bu mağazalarda 19.000-dən artıq yaşıl önlüklü işçi heyət çalışmaqdadır. Mövcud bazarlarda cəmiyyətin bir parçası olmaqdan məmnunuq; Biz mağazalarımızı idarə edən, minlərlə vətəndaşı işə götürən, milyonlarla müştəriyə xidmət göstərən və məhəllə və şəhərləri dəstəkləməklə bir çox insana müsbət təsir göstərən yerli tərəfdaşlarla bilavasitə işləyirik.
Dünya üzrə 400 000-dən çox partnyorumuz müxtəlif düşüncə tərzinə və fikirlərə sahibdir. Bu inanc və düşüncə spektrindən asılı olmayaraq, Starbucks qeyri-siyasi təşkilat olub və belə də qalacaq. Nə Starbucks, nə də şirkətin keçmiş sədri və baş direktoru Hovard Şultz İsrail hökumətinə və ya İsrail Ordusuna heç bir maliyyə dəstəyi vermir.
İnandığımız və nəzarətdə saxladığımız əsas dəyər şirkətimizin köklü irsinə sadiq qalmaqdır; Məqsədimiz - partnyorlarımız (işçilərimiz) və müştərilərimizlə bir fincan yüksək keyfiyyətli kofe içərək bir araya gəlmək və harada olurlarsa olsunlar, onlara mümkün olan ən yaxşı xidməti təqdim etməkdir.
SUAL-CAVAB:
Starbucks və ya Hovard Şultsun İsrailə maliyyə dəstəyi verməsi doğrudurmu?
Xeyr. Bu, tamamilə yanlış məlumatdır. Starbucks və ya Hovardın İsrail hökumətinə yaxud İsrail Ordusuna maliyyə dəstəyi verdiyi barədə şayiələr sadəcə şaiyədir və yalandır. Starbucks açıq səhmdar cəmiyyətdir, ona görə də, hər il korporativ ianələri etibarnamə vasitəsilə açıqlamalıdır.
Starbucks qazancının hər hansı bir hissəsini İsrail hökumətinə və/yaxud İsrail ordusuna göndəribmi??
Xeyr. Bu, tamamilə yalan məlumatdır.
Starbucks-ın İsraildəki mağazalarını siyasi səbəblərə görə bağladığı doğrudurmu?
Xeyr. Biz biznes qərarlarımızı siyasi məsələlərə görə qəbul etmirik. İsrail bazarında yaşadığımız əməliyyat çətinlikləri səbəbindən 2003-cü ildə tərəfdaşlığımıza son qoymaq qərarına gəldik. Tərəfdaşlarımızla aylarla davam edən müzakirələrdən sonra belə bir sülhməramlı qərar verildi.
Fürsət yaranarsa yenidən bazara çıxmaq planlarınız varmı?
2003-cü ildə biz İsraildəki əməliyyat çətinliklərinə görə tərəfdaşlığımızı dayandırmaq qərarına gəldik.
Məqsədəuyğun bir iş planı və Starbucks brendinə uyğun olduğunu düşündüyümüz bazar vəziyyətində, yeni ölkələrdə lazımi texniki-iqtisadi əsaslandırmaları həyata keçirir və yerli iş ortaqlarımızla brendimizi qonaqlarımıza təqdim edirik. Hər fürsəti bu yanaşma ilə dəyərləndiririk. Brendimizə Yaxın Şərqdə olan geniş maraq bizi çox sevindirdiyi üçün regionda işimizi genişləndirməyə davam edəcəyik. Biz regionla bağlı planlarımızı inkişaf etdirmək üçün iş ortağımız Alshaya Group ilə sıx əməkdaşlığı davam etdiririk.
Yaxın Şərqdə Starbucks mağazalarını idarə etmək üçün regional tərəfdaşla əməkdaşlıq edirsiniz?
Starbucks Yaxın Şərqdəki əməliyyatlarını 1999-cu ildən bəri lisenziyalaşdırma və əməliyyat müqaviləsi əsasında Küveytin özəl ailə şirkəti olan MH Alshaya Co.VLL vasitəsilə həyata keçirir. Bu gün regionda aparıcı və ən nüfuzlu brend françayzinq şirkətlərindən biri kimi tanınan Alshaya Group hazırda Yaxın Şərq və Şimali Afrikada 1900-dən çox Starbucks mağazasını idarə edir.
Alshaya Group ilə uğurlu tərəfdaşlığa malik olduğumuz üçün özümüzü şanslı hesab edirik və bundan və qürur duyuruq. Ümid edirik ki, bu uğurlu əməkdaşlığı daha da irəli aparacağıq.
Yaxın Şərq və Şimali Afrika bazarlarında hansı ölkələrdə fəaliyyət göstərirsiniz?
Alshaya Group ilə əməkdaşlığımız çərçivəsində Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində Starbucks mağazaları ilə Yaxın Şərq və Şimali Afrika regionunda fəaliyyət göstəririk. Biz anlayırıq ki, bir çox cəmiyyətlərlə əməkdaşlıq etmək fürsətinə malik olduğumuz üçün şanslıyıq və fəaliyyət göstərdiyimiz hər bir ölkənin yerli ənənələrinə və mədəniyyətlərinə hörmətlə Starbucks Təcrübəsini təklif etməyə şadıq. Bundan əlavə, fəaliyyət göstərdiyimiz ölkələrdə yerli insan resurslarını işə cəlb etməklə minlərlə işçi üçün iş imkanları təmin etmək əzmindəyik.
Əminliklə demək olar ki, Starbucks ən yüksək keyfiyyətli kofe dənələrini alır və qonaqlara ikram edir. İşimizin əsası budur, lakin tamı deyil.
Mağazalarımız hər yerdə kofe həvəskarları üçün məşhur məkana çevrilib. Qonaqlarımız Starbucks-ı seçirlər, çünki hər dəfə gülərüz xidmətə, isti atmosferə və ustalıqla qovrulmuş və yaxşı hazırlanmış bir fincan kofeyə qonaq ediləcəklərini bilirlər.
Kofedən ötəsi
Ehtirasımız təkcə kofemiz deyil, həm də onu tamamlayan təcrübəni ən yaxşı şəkildə təqdim etməkdir. Starbuckslı anlarınızı tamamlamaq üçün hər şeyi xüsusi titizliklə seçirik, kofenizə uyğun gələn qidalardan mağaza mühitini tamamlayan musiqiyə qədər. Qonaqlarımız Starbucks-a söhbət etmək, dostlarla görüşmək və ya işləmək üçün gəlirlər. Hər kəsin bir araya gəlməsi və gündəlik həyatlarının bir parçası olması üçün sosial mühit təklif edirik; Bizi bundan daha xoşbəxt nə edə bilər ki?